Jirinovskinin oğlu: "Onun mənim atam olduğunu sübut edə bilmirəm"

Jirinovskinin oğlu: "Onun mənim atam olduğunu sübut edə bilmirəm"
04 Dek 2024 15:26

Məşhur rusiyalı siyasətçi Jirinovskinin qeyri-qanuni oğlu Oleq Eydelşteyn atasının soyadını götürüb. İndi o, sənədlərdə Oleq Jirinovski gedir. Bu barədə Mash məlumat yayıb.

Telegram kanalının məlumatına görə, məhkəmə onu siyasətçinin qanuni oğlu kimi tanımaqdan imtina etsə də, həmin şəxs pasportunu dəyişib. Üstəlik, Eydelşteynin atalığın tanınması ilə bağlı iddiası iyun ayında geri qaytarılıb. Lakin bundan sonra Jirinovskinin qanuni oğlu İqor Lebedev qərardan apellyasiya şikayəti verib.

"Üç ildir ki, atamın oğlu olduğumu sübut etməyə çalışdığım üçün çox təəssüflənirəm",- deyə Oleq şikayətlənir.

Eydelşteyn məhkəmələr vasitəsilə atalığın tanınması üçün bir neçə dəfə cəhd edib. 2023-cü ilin avqustunda o, miras almaq üçün atalığın tanınmasına dair iddia qaldırmışdı. Həmin ay məhkəmə Kabardin-Balkar Respublikası Ali Məhkəməsinin məlum mübahisəyə dair qərarına bağlı iddiaya baxmaqdan imtina edib.

Oleq Eydelşteyn 1986-cı ildə anadan olub. O, Jirinovskinin atası Volfun Eydelşteyn soyadını götürüb. LDPR rəhbərinin özü qeyri-qanuni oğlunu 2017-ci ildə ictimaiyyətə təqdim edib.

Tural


Youtube kanalımız