Şimali Atlantika Alyansı Baltik və Aralıq dənizlərində yerləşdiriləcək və xüsusi dəniz dronlarından ibarət olan donanma yaratmağı planlaşdırır. Bu barədə NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin Transformasiya üzrə Ali Komandanı admiral Pyer Vandier Defence News-a bildirib.
“Əslində bu, artıq mövcuddur. Ona görə də bu məsələ elə də riskli deyil. ABŞ uzun illərdir ki, "Task Force 59"un Fars körfəzində mövcudluğunu qoruyub saxlayır. Ona görə də bu mövzuda hər şey məlumdur. Bir sözlə bu, texnologiyadan daha çox uyğunlaşma məsələsidir”, - admiral bildirib.
Vanier onu da əlavə edib ki, planlaşdırılan donanmaya hansı adın qoyulması hələ ki, düşünülməyib. Onun sözlərinə görə, hazırda NATO-ya üzv ölkələr bu təşəbbüsü müzakirə edir, bundan sonra müttəfiqlər ilə birlikdə planın həyata keçirilməsi üçün ən uyğun yol tapmağa başlayacaqlar.
Tural