Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ölkədəki konflikti sona çatdırmaq üçün yeni şans yaranıb.
Bu barədə o, Telegram kanalında yazıb.
Zelenski qeyd edib ki, o, “istəkli ölkələr koalisiyası”nın nümayəndələri ilə görüşüb və gələcək addımların ardıcıllığını müzakirə ediblər:
“Sabah Baş Qərargah rəislərinin görüşü keçiriləcək, yanvarın 6-da isə Parisdə yüksək səviyyəli sammit baş tutacaq”.
“İndi konfliktin sona çatması üçün yeni şans var. Diplomatik yolda tək olmadığımız üçün minnətdarıq”, – deyə Zelenski vurğulayıb.