Zelenski Ukrayna Ordusunda dəyişiklikləri elan edib

Zelenski Ukrayna Ordusunda dəyişiklikləri elan edib
17:55

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Ofisinin müavini Pavel Palisa ilə görüşdə ona Müdafiə Qüvvələrində dəyişikliklərlə bağlı məsələni işləməyi tapşırıb.

News365.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkələrdə bildirib.

"Pavel Ukrayna Müdafiə Qüvvələrində zəruri dəyişikliklərlə bağlı yaxın həftələrdə qərarları müəyyən etmək üçün briqadalar və hərbi komandanlıqla müvafiq iş aparacaq", - deyə dövlət başçısı bildirib.

Zelenski həmçinin qeyd edib ki, Rusiya ilə müharibədə Ukraynanın müdafiə təcrübəsi nəzərə alınmaqla hərbi təhsilin modernləşdirilməsi hazırlanır.


Sizin reklam burada
Sizin reklam burada