Ukrayna Prezidenti Volodimir Zelenski Denis Şmıqala Baş nazirin birinci müavini – Energetika naziri vəzifəsini təklif edib.
News365.az xəbər verir ki, bu barədə dövlət başçısı siyasətçi ilə görüşdən sonra "Telegram" kanalında məlumat verib.
Zelenski Şmıqala Müdafiə Nazirliyindəki fəaliyyətinə və ölkənin müdafiəsinin gücləndirilməsi istiqamətində başlatdığı proseslərə görə təşəkkür edib. Lakin o, hazırda Şmıqalın təcrübəsinə energetika sahəsində daha çox ehtiyac olduğunu vurğulayıb:
"Məhz belə sistemlilik hazırda Ukrayna energetikasına lazımdır. Bu, Rusiyanın hər zərbəsindən sonra dağılmış infrastrukturun operativ bərpası və energetika sahəsinin ehtiyaclarımızı ödəyəcək səviyyədə sabit inkişafı üçün vacibdir".
Prezident artıq Baş nazir Yuliya Sviridenko ilə məsləhətləşmələr apardığını və parlamentin bu təyinatı dəstəkləyəcəyinə ümid etdiyini qeyd edib.