Britaniyalı məşhur hərbi analitik Aleksandr Merkuris diqqət çəkən fikirlər səsləndirib. O, iddia edib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin çətin və ağır situasiyaya düşdüyü üçün panika keçirir.
"Qarşıdan gələn NATO sammitində ya Zelenskini toplantıya buraxmamağa çalışacaqlar, ya da onu tərəfdaşları üçün faydalı olan nəsə deməyə məcbur edəcəklər. O, bunu özü də başa düşür. İndi Zelenskinin çıxışları pafos əvəzinə, artan panika kimi səslənir", - ekspert qeyd edib.
Merkuris onu da əlavə edib ki, Ukrayna ordusu cəbhədə acınacaqlı vəziyyətdədir və son vaxtlar bu durum “Kiyev üçün fəlakətin” xəbərçisi kimi görünür.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural