Zelenski Kliçkonun işinən narazıdır

Zelenski Kliçkonun işinən narazıdır
01 Fev 2026 23:55

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyev rəhbərliyini tənqid edərək, enerji şəbəkəsindəki kəsinti ilə bağlı görülən işlərdən narazılığını bildirib.


News365.az xəbər verir ki, dövlət başçısı bununla bağlı Teleqram kanalında müvafiq paylaşım edib.


"Təmir işləri hələ də davam edir. Və bu, yüzlərlə evin həftələrlə istiliksiz qaldığı bir şəhərdə təbii ki, normal sayıla bilməz", - deyə o bildirib.


Zelenski vurğulayıb ki, paytaxtda hazırkı istilik vəziyyəti yerli hakimiyyət orqanlarının kifayət qədər iş görmədiyini göstərir.


Qeyd edək ki, Rusiyanın mütəmadi olaraq Ukraynanın enerji infrastrukturuna zərbə endirməsi paytaxtda elektrik enerjisinin təminatında ciddi problemlərə yol açıb


Sizin reklam burada
Sizin reklam burada