Zelenski bu il ədalətli sülhə nail olmağı qarşısına məqsəd qoyub - RƏSMİ KİYEV

Zelenski bu il ədalətli sülhə nail olmağı qarşısına məqsəd qoyub - RƏSMİ KİYEV
17:51

Ukrayna Prezidenti Volodimir Zelenski 2025-ci ildə tammiqyaslı müharibədə ədalətli sülhə nail olmağı qarşısına məqsəd qoyur.

Bunu “Ukrayna. 2025-ci il” Forumunda çıxışı zamanı Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa söyləyib.

Sibiqa bildirib ki, Ukraynanın bu il müharibəni bitirmək şansı var.

“Bu çətin və keşməkeşli dövrdə şans var. Biz tərəfdaşlarımıza deyirik ki, bu gün diplomatik təhlükəsizlik kəmərlərimizi bağlamaq vaxtıdır. Emosiyalara təslim olmamalıyıq.

Ukrayna Prezidentinin qarşıya vəzifə qoyduğu kimi, bu il ədalətli sülhə nail olmaq və bu müharibəyə son qoymaq məqsədilə diplomatik xidmət maksimum səfərbər edilməlidir”, - deyə XİN başçısı əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada