Zaqatalada 32 yaşlı kişi su hovuzunda təmir zamanı ağır yaralandı

Zaqatalada 32 yaşlı kişi su hovuzunda təmir zamanı ağır yaralandı
17:40

Zaqatalada 32 yaşlı kişi su hovuzunda təmir işləri zamanı ağır yanıq xəsarəti alıb.

News365.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində qeydə alınıb.

Belə ki, rayonun Dağlı kənd nümayəndəliyində qeydiyyatda olan, Aşağı Tala kəndində yaşayan 32 yaşlı Taleh İdrisov yaşadığı ünvanda su hovuzunda təmir apararkən təbii qazdan istifadə edib.

Nəticədə qazla ehtiyatsız davranma səbəbindən o, müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Ona ilkin tibbi yardım göstərilib və bədəninin 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyulub.

Taleh İdrisovun vəziyyəti nəzərə alınaraq müalicəsinin davam etdirilməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada