YURD.MEDİA Azərbaycanın bölgələrinin həyatının işıqlandırılması üzrə ixtisaslaşmış xəbər, multimedia, araşdırma portalı kimi 7 aprel 2025-ci il tarixində fəaliyyətə başlayıb.
News365.az xəbər verir ki, sayt öz fəaliyyəti çərçivəsində ölkənin regionlarında iqtisadi mühitin araşdırılması, kənd təsərrüfatı sahəsində yeni imkanların təhlili, turizm potensialının, ekoloji vəziyyətin öyrənilməsi ilə bağlı materialların hazırlanmasına geniş yer ayırır.
Bölgələrdə baş verən hadisələrlə yanaşı elm, təhsil, səhiyyə sahəsində baş verən yeniliklərin işıqlandırılması, statistik göstəricilərin təhlili və ümumilikdə insanların sosial problemlərinin ətraflı və hərtərəfli araşdırılmasını xüsusi diqqətdə saxlayırıq. Saytda həm müvafiq kateqoriyalar üzrə ayrılmış xəbərləri, həm Azərbaycanın istənilən rayonu və şəhəri üzrə çeşidlənmiş materialları oxumaq mümkündür.
Yurd.media xəbərlərlə yanaşı bölgələrin ictimai-sosial həyatı ilə bağlı fikirləri olan müəlliflərin yazıları üçün köşə ayırıb. Oxucularımızla qarşılıqlı əlaqənin qurulması bizim üçün olduqca vacibdir. Bu səbəbdən redaksiyanın qaynar xətti xəbər, şikayət, təkliflərin göndərilməsi üçün daim aktivdir.
Həmçinin, saytın Sorğu bölməsində cəmiyyətin aktual məsələləri ilə bağlı oxucuların rəyini öyrənmək məqsədilə sorğular yerləşdirilir. Azərbaycanın bölgələrinin inkişafına xidmət etməyi özünə əsas missiya seçən YURD.MEDİA bütün dövlət qurumları, özəl sektor nümayəndələri, ekspert və QHT üzvlərini fəal əməkdaşlıq etməyə dəvət edir.