SEPAH Küveytdəki ABŞ helikopter bazasına raket və pilotsuz təyyarə ilə hücum edib.
News365.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
Bildirilib ki, zərbə bu səhər ABŞ-a qarşı hücum əməliyyatının bir hissəsi olaraq həyata keçirilib. Hücumun hədəfi Küveytdə yerləşən “Əl-Adiri” helikopter bazası olub.
Əməliyyatda müxtəlif növ raket və pilotsuz təyyarələrdən istifadə edilib. Vurulan hədəflər arasında bazanın yanacaq və qaz çənləri, vertolyot meydançası və hərbi obyektin logistika və infrastruktur komponentləri var