Martın 8-də paytaxtın Nərimanov rayonu ərazisində Altsheymer xəstəliyindən əziyyət çəkən 88 yaşlı Nizam Ədilov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
News365.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
"Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin (012) 566-02-15 və (012) 567-02-02 şəhər nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.