Buraxılış imtahanı başa çatdı: Doqquz nəfərdə mobil telefon aşkarlandı

Buraxılış imtahanı başa çatdı: Doqquz nəfərdə mobil telefon aşkarlandı
14:47

Bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında doqquz nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4311 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764 buraxılışı rejimi əməkdaşı (mühafizə), 236 bina nümayəndəsi ayrılıb.

İmtahanda 52 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

Qeyd olunub ki, martın 10-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

İlkin məlumatlara əsasən, doqquz nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Qeyd olunan hallar protokollaşdırılıb və araşdırma aparılır.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.


Sizin reklam burada
Sizin reklam burada