Almanı tüpürüb silən satıcı özünə belə haqq qazandırdı

Almanı tüpürüb silən satıcı özünə belə haqq qazandırdı
22:00

Salyan bazarında lentə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

News365.az xəbər verir ki, kadrlarda satıcı qadının almanı ağız suyu ilə təmizlədiyi əks olunur. Görüntülərdə yer alan satıcı Xatirə Həşimova məsələ ilə bağlı açıqlama verərək bildirib ki, sözügedən almalar satış üçün deyil, şəxsi istifadəsi üçün alınıb. "Göyərti satıram. Nəvələrim üçün iki kiloqram alma almışdım. Sildim və evimə aparmaq üçün yığdım. Satış üçün deyildi, öz evim üçün almışdım", - o, qeyd edib. Digər satıcılar da həmkarlarını müdafiə ediblər. (baku.tv)

Sizin reklam burada
Sizin reklam burada