İran Türkiyəyə daha bir ballistik raket atıb.
News365.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İrandan atılan ballistik raket Türkiyə hava məkanına daxil olub və NATO hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Raketin qalıqları Qaziantep yaxınlığına düşüb, itki qeydə alınmayıb.