Yaxın Şərqdəki hərbi münaqişə çox uzun müddət davam edəcək və bütün ölkələr enerji təhlükəsizliyinin təhdid altında olma ehtimalına hazırlaşmalıdırlar.
News365.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto bu barədə Feysbuk hesabında yazıb.
O, israilli həmkarı Gideon Saarla telefon danışığından sonra belə bir nəticəyə gəlib:
"Bu gün İsrailin xarici işlər naziri Gideon Saarla telefonla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdim və bu münaqişənin xeyli müddət davam etməsinə hazırlaşmalıyıq. Yaxın Şərqdəki müharibə təkcə beynəlxalq təhlükəsizliyə problem yaratmır, həm də qlobal enerji təchizatının təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Hörmüz boğazının bağlanması qlobal neft bazarının fəaliyyətini təhlükəyə atıb".
Bununla bağlı o, bir daha qeyd edib ki, ABŞ hökuməti Rusiya neftinə qarşı sanksiyaları qismən dayandırmaq barədə müdrik qərar verib.
Nazir xəbərdarlıq edib ki, Brüssel bunu etməlidir, çünki hazırkı vəziyyətdə iki əsas Avrasiya enerji mənbəyindən - Ərəb bölgəsindən neft və ucuz Rusiya enerjisindən təcrid olunmuşuq:
“Əgər bu davam edərsə, Avropa bütün sektorlarda ən böyük qiymət artımlarını yaşayacaq”.