Növbəti beş ildən biri 80% ehtimalla dünyanın ən isti ili olacaq. Xarici KİV-in yaydığı məlumata görə, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.
Sinoptik mətbuat konfransında deyib: "Ümumdünya Meteorologiya Təşkilatının hesabatı yenicə yayımlandı və bu hesabat həyəcan vericidir".
Vilfand qeyd edib ki, bu proqnoza görə, ən isti il 2024-cü ildəki rekordu da keçəcək. Hansı ki, həmin il indiyədək olan istilərin rekordu idi. Sinoptikin fikrincə, 70% ehtimalla 2025 və 2029-cu illər üçün orta temperatur artımının 1,5 dərəcədən çox olacaq ki, bu da narahatlıq doğurur.
Tural