Britaniya Rusiyanın neft sənayesinə yeni sanksiyalar tətbiq edib

Britaniya Rusiyanın neft sənayesinə yeni sanksiyalar tətbiq edib
21 İyl 2025 20:45

Böyük Britaniya Rusiyanın neft sənayesinə qarşı yeni sanksiyalar qəbul edib. 

News365.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat yerləşdirilib. 

Bildirilib ki, yeni sanksiyaların hədəfi “Putinin Ukraynada müharibəsinə pul axınını pozmaq” və onun “kölgə donanmasını” zəiflətməkdir. 

Qeyd olunub ki, yeni sanksiyalar Rusiyanın enerji sektoruna zərbə vurur, onun əsas neft gəlirlərinə çıxışını məhdudlaşdırır. Sanksiyaların 2024-cü ilin əvvəlindən 24 milyard dollar dəyərində neft daşımış 135 neft tankerini hədəf aldığı qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada