ABŞ 17 ildən sonra ilk dəfə Britaniyada nüvə silahı yerləşdirib

ABŞ 17 ildən sonra ilk dəfə Britaniyada nüvə silahı yerləşdirib
21 İyl 2025 22:30

Amerika Birləşmiş Ştatları 2008-ci ildən bəri ilk dəfə olaraq Böyük Britaniya ərazisində taktiki nüvə silahı yerləşdirib.

News365.az xəbər verir ki, bu barədə məlumatı Britaniyanın “UK Defence Journal” portalı öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, bir neçə ədəd B61-12 tipli taktiki termonüvə aviabombası İngiltərənin şərqində yerləşən Saffolk qraflığındakı Leikenhit hərbi bazasına yerləşdirilib.

Qeyd olunur ki, bu bombalar ABŞ-ın ərbi Hava Qüvvələrinin Nüvə Silahları Mərkəzindən, Nyu-Meksiko ştatındakı Kirtlend aviabazasından gətirilib.


Sizin reklam burada
Sizin reklam burada