Ölkəmizdə son zamanlar ekoloji zərərvermə hadisələri ilə bağlı ciddi tədbirlər görülür. Lakin, buna rəğmən bəzi şəxslər təbiətə ziyan verməyə davam edir.
Belə ki, Bakının Yasamal rayonu ərazisində ağacların kəsildiyini əks etdirən görüntülər yayılıb.
News365.az-ın məlumatına görə, kadrlar Şərifzadə küçəsində, İTV-nin binasının arxasında, Azon zavodunun ərazisində qeydə alınıb. 2024-cü il aprelin 23-nə aid videoda ərazidə çox sayda şam və küknar ağaclarının olduğu görünür.
Məlumata görə, hazırda həmin ağaclar texnika vasitəsilə məhv edilir.
Sakinlər qeyd edib ki, ərazidə "Avant Park" şirkəti tikinti işləri aparır. Lakin ağacların bu şirkət tərəfindən kəsilib-kəsilmədiyi məlum deyil.