Yarım milyon tələbə etiraz aksiyası keçirir - VİDEO

Yarım milyon tələbə etiraz aksiyası keçirir  - VİDEO
24 Apr 2024 10:53

Argentinanın paytaxtı Buenos-Ayresdə vəziyyət gərginləşib. Xarici KİV-in yaydığı məlumata görə, prezident sarayının qarşısındakı meydanda yarım milyona yaxın tələbə etiraz aksiyası keçirir. Onlara müəllimlər də qoşulublar.

Qeyd edilir ki, meydana toplananlar hakimiyyətin təhsil sahəsində yürütdüyü siyasəti bəyənmədiklərini bəyan ediblər.

Nümayişçilər xüsusilə universitetlərin yenilənməsi, inkişafı üçün xərclərin azaldılmasının əleyhinədirlər. Etirazçılar həmçinin təhsilin pulsuz olması barədə şüarlar da səsləndiriblər. Məlumata görə tələbə aksiyaları təkcə Buenos-Ayresdə deyil, ölkənin digər şəhərlərində də keçirilir.

Paytaxt universitetlərinin yaydığı məlumata görə, Maya meydanına ən azı 500 min tələbə gəlib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər