Yağış 100 min insanı işıqsız qoydu

Yağış 100 min insanı işıqsız qoydu
25 Yan 2025 17:25

Braziliyanın San-Paulu şəhərində leysan yağışlar səbəbindən 100 minə yaxın insan işıqsız qalıb. Bu barədə Enel enerji şirkətinin bəyanatında deyilir.

Qeyd edilib ki, əvvəlcədən fövqəladə halların aradan qaldırılması planına uyğun olaraq səfərbər olublar. İşıqsız qalan 99 min abonentin xidmətini normallaşdırmaq üçün yerlərdə qrupların fəaliyyəti gücləndirilib və işlərini hələ də davam etdirirlər.

San-Pauluda güclü yağışlar bəzi küçələri su altında qoyub, metro xətlərindən birindəki relslər də su altında qalıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada