İsrailin Azərbaycandakı səfiri Corc Dik Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.
News365.az xəbər verir ki, bu barədə Dik sosial şəbəkədəki səhifəsində paylaşım edib.
"Bu gün biz 1992-ci il Xocalı faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. İsrail adından Azərbaycan xalqına başsağlığı verirəm", - diplomat qeyd edib.
Səfir belə cinayətlər qarşısında İsrail və Azərbaycanın birliyini vurğulayıb:
“Bu cür faciələr bizə nifrətə və ədalətsizliyə qarşı birləşərək ümumi insanlığımızı müdafiə etmək borcumuzu xatırladır”.
***
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib.
News365.az xəbər verir ki, səfirin “X” hesabında edilən paylaşımda deyilir:
“Xocalı faciəsindən 33 il ötur. Bütün azərbaycanlılarla birgə bu faciənin qurbanlarını yad edirəm. Allah rəhmət eləsin!”
***
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin isə paylaşımında ölkəsinin Xocalı soyqırımının qurbanlarının xatirəsini ehtiramla yad etdiyini, eləcə də Pakistanın Azərbaycanla həmrəy olduğunu diqqətə çatdırıb.