Xankəndidə WUF13 festivalı başa çatıb

Xankəndidə WUF13 festivalı başa çatıb
10 May 2026 23:15


Xankəndi şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF-13) çərçivəsində festival başa çatıb.

Festival çərçivəsində konsert proqramı təşkil olunub, Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında müxtəlif konsert nümunələri təqdim edilib.

Tədbirin məqsədi şəhər mühitində sosial həmrəyliyin gücləndirilməsi, ictimai iştirakçılığın təşviqi və Xankəndi şəhərinin yenilənən simasının beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır.

Festival iştirakçıları, tədbirin yüksək səviyyədə təşkil olunmasından, şəhərdə yaradılan müasir mühitin və aparılan bərpa-quruculuq işlərinin regionun inkişafına mühüm töhfə verməsindən danışıblar.

Qeyd edək ki, konsertin sonu atəşfəşanlıqla bitib.


Sizin reklam burada
Sizin reklam burada