Xankəndidə bayram konserti keçirilib

Xankəndidə bayram konserti keçirilib
29 Dek 2025 22:20

Dekabrın 29-da Xankəndi şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti təşkil olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən News365.az-a verilən məlumata görə, şəhərin Zəfər meydanında keçirilən “Qış nağılı” yarmarkası günlərində baş tutan bayram konserti Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilib.

Konsertdə tanınmış ifaçılar və musiqiçilər çıxış ediblər. Səslənən ifalar şəhər sakinlərinə və qonaqlara yüksək bayram ovqatı bəxş edib, mərkəzi meydanda coşqun ab-hava yaradıb.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili birlik, həmrəylik və bayram ruhu ilə qeyd etmək, eyni zamanda Xankəndi şəhərində ictimai-mədəni həyatın canlandırılmasına töhfə vermək olub.


Sizin reklam burada
Sizin reklam burada