Xameneidən Trampa - Xəbərdarlıq

Xameneidən Trampa - Xəbərdarlıq
15:38

İranın ali lideri Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampa xəbərdarlıq ünvanlayıb.

News365.az xəbər verir ki, Xamenei bu barədə “X” hesabında paylaşım edib.

“Amerikalılar daim deyirlər ki, onlar İrana doğru hərbi gəmi göndəriblər. Əlbəttə, hərbi gəmi təhlükəli hərbi texnikadır. Lakin həmin hərbi gəmidən daha təhlükəli olan şey, o gəmini dənizin dibinə göndərə bilən silahdır”, - Xamenei qeyd edib.

O, həmçinin D.Trampın ABŞ ordusunun dünyanın ən güclü hərbi qüvvəsi olması barədə açıqlamalarına münasibət bildirib: “ABŞ prezidentinin sözlərinə görə, onlar dünyanın ən güclü hərbi qüvvəsinə sahibdirlər. Dünyanın ən güclü hərbi qüvvəsi bəzən elə ağır zərbə ala bilər ki, bir daha ayağa qalxa bilməz”.

Xatırladaq ki, bu gün Cenevrədə ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar keçirilir.


Sizin reklam burada
Sizin reklam burada