Xalq artistinin nəşi Azərbaycana gətirildi

Xalq artistinin nəşi Azərbaycana gətirildi
11:26

Xalq artisti Hacı Murad Yagizarovun nəşi Almaniyadan Azərbaycana gətirilib. 

News365.az xəbər verir ki, onun nəşini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları və sənət dostları qarşılayıblar.

Qeyd edək ki, Xalq artisti ilə vida mərasimi Təzəpir məscidində keçiriləcək. Daha sonra onun nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq. 

Xatırladaq ki, Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov sentyabrın 13-ü uzun sürən xəstəlikdən sonra Almaniyanın Münhen şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.


Sizin reklam burada
Sizin reklam burada