SON DƏQİQƏ! Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı

SON DƏQİQƏ! Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı
12:38

Dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva vəzifəsindən azad edilib.

News365.az-ın məlumatına görə, bu barədə müvafiq əmr imzalanıb.

Nigar Mehdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrini icra edirdi.

Məlumatı klinikadan təsdiq ediblər. N.Mehdiyevanın bu günlərdə klinikadakı vəzifəsindən kənarlaşdırıldığı bildirilib.

Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin edildikdən sonra klinikanın direktoru Əhliman Əmiraslanov onun gəlinini işə götürmüşdü. Ona dosent elmi adı verilib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu – fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyevin ölkədən çıxışına “stop” qoyulub.


Sizin reklam burada
Sizin reklam burada