Xaçmazda avtomobil qəzası - xəsarət alanlar var

Xaçmazda avtomobil qəzası - xəsarət alanlar var
02 İyn 2025 12:18

Xaçmaz şəhərində dörd nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə şəhərin giriş hissəsində qeydə alınıb.

”Mercedes” və “Audi” markalı minik avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakini, 2013 -cü il təvəllüdlü Ə.Ələsgərov, Xaçmaz şəhər sakinləri - 1978-ci il təvəllüdlü Şahid Mövsümov, 2003-cü il təvəllüdlü Şəbnəm Mövsümova və 2005-ci il təvəllüdlü Anar Mövsümov xəsarət alıblar.

Yaralılar dərhal Xaçmaz şəhər Təcili Tibbi Yardım şöbəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada