Xaçmazda avtomobil kanala aşdı - VİDEO

Xaçmazda avtomobil kanala aşdı - VİDEO
24 Avq 2025 17:16

Xaçmazda idarəetmədən çıxan avtomobil kanala aşıb.

News365.az-ın məlumatına görə, hadisə rayonun Xudat şəhəri ərazisində baş verib. 

Belə ki, hərəkətdə olan “Hundai” markalı 50 FG 288 nömrəli içərisində ailə olan avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı kanala düşüb. 

Baş verən hadisə zamanı yoldan keçən vətəndaşların köməkliyi ilə ailə maşından xəsarət almadan çıxarılıb. Avtomobil isə kanalda bir neçə metr axaraq gedib. 

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada