"Xaçaturyanın qaytarılması sülhyönlü addım sayılır".
Politoloq Tural İsmayılov News365.az-a Vaqif Xaçaturyanın Ermənistana qaytarılması haqqında fikirlərini bildirib.
Onun sözlərinə görə bu addım humanist siyasətin nəticəsidir.
"Vaqif Xaçaturyanın Ermənistana qaytarılması Azərbaycanın humanist siyasətinin konkret təzahürü kimi dəyərləndirilir. Müharibə dövründə əsir düşmüş şəxslərin təhvil verilməsi, xüsusilə də beynəlxalq təşkilatların diqqəti altında baş verən bu addım, Azərbaycanın sülhə və insani dəyərlərə bağlılığını nümayiş etdirir. Bu qərar həm regionda gərginliyin azalmasına, həm də qarşılıqlı etimad mühitinin formalaşmasına xidmət edir.
Azərbaycan bu cür jestlərlə beynəlxalq aləmdə humanist və konstruktiv tərəfdaş imicini gücləndirir. Beləliklə, humanist siyasət həm beynəlxalq müstəvidə müsbət rezonans doğurur, həm də Azərbaycanın sülh yaradıcı qüdrətini bir daha göstərir."