Microsoft şirkətinin Windows 11 əməliyyat sistemi ilə bağlı növbəti yeniləmə istifadəçilər arasında narazılıq yaradıb.
News365.az xəbər verir ki, istifadəçilərin sözlərinə görə, son yeniləmədən sonra bəzi kompüterlərdə ciddi nasazlıqlar müşahidə olunur. Ən çox rast gəlinən problem isə cihazların səbəbsiz şəkildə təkrar-təkrar yenidən başlamasıdır. Bildirilir ki, müəyyən bir texniki xəta nəticəsində kompüterlər ardıcıl olaraq 15 dəfədən çox restart edə bilir.
Məlumata əsasən, bu hal əsasən yanvar ayı üçün təqdim edilən yeniləmədən sonra geniş yayılıb. Şirkət bəzi çatışmazlıqları aradan qaldırsa da, istifadəçilərin bir hissəsi hələ də problemlərin davam etdiyini bildirir.