WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq

WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq
09 May 2025 16:43

Artıq "WhatsApp"da status paylaşımlarına musiqi əlavə etmək mümkündür.

News365.az xəbər verir ki, mesajlaşma proqramı bu yeniliyi bəzi ölkələrdə artıq sınaqdan keçirməyə başlayıb. Yeni xüsusiyyət sayəsində istifadəçilər status bölməsində paylaşdıqları şəkil və videoların üzərinə istədikləri musiqini əlavə edə biləcəklər. Seçim imkanı verilən musiqilər "WhatsApp"ın daxilində təqdim olunacaq və paylaşılan statusu izləyənlər həmin mahnını da eşidə biləcəklər.

Ekspertlər bunu "WhatsApp"ın öz funksiyalarını TikTok və Instagram kimi platformalara bənzətmək cəhdi kimi dəyərləndirirlər. Çünki son dövrlərdə WhatsApp videolar üçün sürətli baxış, statuslara reaksiya, kanallar və indi də musiqi əlavə etmə kimi yeniliklərlə istifadəçilərin diqqətini daha çox üzərinə çəkməyə çalışır.

Qeyd edək ki, bu funksiya hələ bütün istifadəçilər üçün aktiv edilməyib. Tətbiqin son versiyasını yeniləyən bəzi ölkələrdəki istifadəçilər artıq bu xüsusiyyəti istifadə edə bilirlər. WhatsApp isə yeniliyin yaxın zamanlarda bütün dünyada istifadəyə veriləcəyini açıqlayıb.


Sizin reklam burada
Sizin reklam burada