Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Pxenyanda Şimali Koreya lideri Kim Çen Inla görüşüb.
Volodin görüş zamanı Kim Çen Ina Rusiya Prezidenti Vladimir Putinin salamlarını çatdırıb.
Duma sədri həmçinin Kursk torpaqlarının azad edilməsində göstərilən “qardaş dəstəyinə” görə Şimali Koreya tərəfinə təşəkkür edib.
Görüşdə Rusiya və Şimali Koreya arasında əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirilir.