Jurnalist Zülfüqar Xeyirxəbərov özünün sosial səhifəsində maraqlı bir video paylaşıb.
News365.az xəbər verir ki, video 3 xəstə inək görüntülənir. Və səslənən fikirlərdən aydın olur ki, Göyçay sakininin müraciətinə əsasən ƏƏSMN-nin Dövlət Məşğulluq Agentliyi tərəfindən ona bir neçə heyvan verilib.
Amma həmin heyvanlar ayaq üstə
dayana bilmir. Həddən ziyadə arıq və cansız heyvanlar xəstə olma ehtimalı
yaradır.
Təbii ki, bu da təəssüf və təəccüb doğurur. Nəzərə alaq ki,
Agentlik tərəfindən imkansız ailələrə verilən heyvanlarla bağlı bu tip videolar
tez-tez yayımlanır.
News365.az