Verilişlərə çağrılan qonaqları tənqid etdi

Verilişlərə çağrılan qonaqları tənqid etdi
03 May 2025 14:20

"Əhvalımız korlansa da, efirdə göstərmirik. Deyirik, gülürük, amma reklam arasında bəzən ağlayırıq. Efirdə dava, qırğın olmamalıdır. Əvvəl ailəsi örnək olan, təbliğatı bacaranlar efirə çıxırdı. Efirə gələn adamın göstərdiyi hər bir şey ekranın o tərəfində kim üçünsə nümunə olmalıdır. Amma indiki bəzi verilişlərdə belə olmur".

News365.az xəbər verir ki, bu sözləri aparıcı Lamiyyə Ələkbərova verilişində deyib. O, verilişlərə dəvət olunan qonaqları tənqid edib. 

Proqramda yer alan Əməkdar artist Əkbər Əlizadə isə "Biz özümüzə dəyər versək, tamaşaçı da bizə bir o qədər hörmət edəcək. Mədəniyyət adamı necə mədəniyyətsiz ola bilər? Tamaşaçı baxır efirdəkilərin geyimindən, davranışından örnək götürür. Bəzi verilişlərə baxırıq... Reytinq xatirinə lazım deyil. Reytinq bugün var, sabah yox. Amma insanlıq, hörmət hər zaman yaşardır" sözlərini əlavə edib. 



Sizin reklam burada
Sizin reklam burada