Vergi qanunvericiliyində ƏHƏMİYYƏTLİ YENİLİK

Vergi qanunvericiliyində ƏHƏMİYYƏTLİ YENİLİK
12:18

Milli Məclisin hazırda davam edən plenar iclasında Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. 

News365.az-ın məlumatına görə, komitə sədri Azər Əmiraslanov qanun layihəsi barədə məlumat verdikdən sonra səsvermə keçirilib və qanun layihəsi təsdiqlənib. 

Layihəyə əsasən, şirkətlərin iflasının dövlət qeydiyyatına alınması qaydası və müflis olan fiziki şəxslərə dair tələb müəyyənləşir, habelə vergi ödəyicisinin dəyişikliklər barədə məlumat vermə müddəti qısaldılır.


Sizin reklam burada
Sizin reklam burada