ABŞ-nin Karakasdakı mülki və hərbi obyektlərə hücumundan sonra minlərlə turist Karib adalarını tərk edə bilmir.
Bu barədə Britaniyanın "The Daily Mail" qəzeti xəbər verir.
Nəşr qeyd edir ki, bir çox turist gecikən aviareyslər səbəbindən Karib hövzəsində qalacaqları qeyri-müəyyənlikdən narahatdır. Sent-Tomasdakı Siril E. King beynəlxalq hava limanı son 24 saat ərzində 43 reys, Arubadakı Kraliça Beatriks beynəlxalq hava limanı isə 44 uçuşu ləğv edib.
Eyni zamanda, Puerto-Rikonun Luis Munoz Marin meynəlxalq hava limanında 169 reys ləğv edilib.
"American Airlines"ın məlumatına görə, Venesueladakı vəziyyət ümumilikdə 19 hava limanını, o cümlədən ABŞ və Britaniyanın Virgin adaları, Puerto-Riko, Sent-Martin, Sent-Lusiya, Barbados və digər adaları əhatə edib.