Venesuela Prezidenti və xanımı barədə bu ittihamlar irəli sürülüb

Venesuela Prezidenti və xanımı barədə bu ittihamlar irəli sürülüb
03 Yan 2026 17:35

ABŞ Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresini narkoterrorizmdə ittiham edib.

News365.az xəbər verir ki, bu barədə ABŞ-nin baş prokuroru Pamela Bondi "X" sosial şəbəkə hesabında paylaşım edib.

Nikolas Maduroya qarşı narkoterrorçuluq məqsədilə sui-qəsd, kokainin idxalı üzrə sui-qəsd, avtomat silahlar və dağıdıcı qurğulara sahib olma, habelə bu silah və qurğulara sahib olmaq üçün sui-qəsd maddələri üzrə ittihamlar irəli sürülüb.

Bildirilir ki, onlar yaxın zamanda ABŞ ərazisində, Amerika məhkəmələrində ABŞ ədalət sistemi qarşısında cavab verəcəklər.


Sizin reklam burada
Sizin reklam burada