"Venesuela İran və "Hizbullah" üçün məskən olmamalıdır" - Rubio

"Venesuela İran və "Hizbullah" üçün məskən olmamalıdır" - Rubio
04 Yan 2026 21:53

ABŞ-nin Venesuelaya bir sıra tələbləri var, onlardan biri də Bolivar Respublikasının Vaşinqton əleyhdarları, xüsusilə İran və "Hizbullah" hərəkatı üçün məskən olmağı dayandırmasından ibarətdir.

News365.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "ABC News" telekanalına müsahibəsində bildirib.

"Biz Venesuelaya biganə deyilik. İstəyirik ki, onlar gələcəkdə uğur qazansınlar, lakin bizim əsas vəzifəmiz Amerikadır. Artıq narkotik maddələr, bizim istiqamətimizə hərəkət edən dəstələr və dünyada olan hər bir düşmənimiz üçün keçid nöqtəsinə çevrilən ərazilər olmamalıdır. "Hizbullah", İran Venesuelanı öz məskəninə çeviriblər. Belə davam edə bilməz və hazırkı Amerika administrasiyası buna imkan verməyəcək", - o bildirib.



Sizin reklam burada
Sizin reklam burada