Valideynlər bütün uşaqlarını eyni qədər sevmirmiş - Araşdırma

Valideynlər bütün uşaqlarını eyni qədər sevmirmiş - Araşdırma
27 Yan 2025 18:37

Valideynlərin uşaqları arasında birini digərlərindən daha çox sevdiyi elmi olaraq sübuta yetirilib.

News365.az "gloob"a istinadən xəbər verir ki, bu barədə ABŞ Psixoloqlar Birliyi araşdırma aparıb.

Valideynlər hər nə qədər bütün uşaqlarını eyni dərəcədə sevdiklərini desələr də, tədiqatlar bunun yalan olduğunu üzə çıxarıb.

Belə ki, araşdırma zamanı valideynlərə müxtəlif suallar verilib. 

Tədqiqat nəticəsində qız övladlarının, həmçinin daha nizamlı və uyğun uşaqların ailələrin sevimlisi olduğu üzə çıxıb.

Araşdırmaçılar anaların oğullarını, ataların isə qızlarını çox sevdiklərini deyəcəyini düşünsələr də, belə olmayıb. Həm analar, həm də atalar sevimli/bəyənilən uşaq kimi qız uşaqlarını seçib.

Tədqiqat nəticəsində həmçinin məlum olub ki, evdə ən böyük uşağa daha çox sərbəstlik verilir.

Mütəxəssislər evin bəyənilən uşağının psixi sağlamlığının, dərsdəki nailiyyətlərinin və duyğularını idarəetmə bacarığının daha yaxşı olduğunu deyir. Qeyd olunur ki, belə uşaqlar həm də daha sağlam münasibətlər qura bilirlər.