Vahid Ələkbərov yayılan xəbərləri təkzib etdi

Vahid Ələkbərov  yayılan xəbərləri təkzib etdi
19 Mar 2025 14:16

Azərbaycanəsilli rusiyalı iş adamı və “Lukoil” şirkətinin əsas səhmdarı Vahid Ələkbərov “М.Видео” biznesini almağı planlaşdırmır.

O, TASS-a açıqlamasında deyib. 

İş adamı barəsində yayılan xəbərləri təkzib edib və  ticarət şəbəkəsinin onun üçün maraqlı olmadığını açıqlayıb. 

Qeyd edək ki, "М.Видео" Eldorado brendlərini birləşdirən Rusiyanın aparıcı e-ticarət və istehlakçı elektron ticarət şəbəkəsidir. Rusiya KİV-lərində Ələkbərovun “М.Видео” biznesini aldığı bildirilmişdi. 


Sizin reklam burada
Sizin reklam burada