On bir ayın sultanı Ramazan bağlayıb. Və bir çox insanlar bu
ayda oruc tuturlar. Və hətta bəzi ailələr uşaqları da oruc tutmağa təşviq edirlər.
Bəs, uşaqların oruc tutması vacibdirmi?
Sualı News365.az üçün cavablandıran pediatr Vaqif
Qarayev deyir ki , Allah hamının orucunu qəbul eləsin:
“Uşaqları
aclıqdan qorusaq yaxşıdır. "Özü istəyir" arqumenti keçərli deyil. Uşaq
qızdırmalıdırsa, necə oruc tuta bilər? Hal-hazırda uşağın mədə-bağırsağında
problem varsa, necə oruc tuta bilər? Xroniki xəstəlikləri olan uşaq necə oruc
tuta bilər? Xəstə uşaq saatlarla ac-susuz qala bilməz. İnanc pis şey deyil. Amma
bir yerə qədər... Yəni sağlamlığa ziyan vurmayan həddə qədər. Ona görə də
uşaqları oruc tutmağa məcbur etməyin”.
News365.az