Kiyevdə cəmləşən Ukraynanın müxtəlif vilayətlərində müharibədən əziyyət çəkən ailələrin uşaqları növbəti dəfə Azərbaycana reabilitasiyaya göndərilir.
News365.az xəbər verir ki, müharibənin əvvəlindən Azərbaycanın Ukraynadakı səfirliyinin vasitəsilə həyata keçirilən bu humanist aksiyanın davam edəcəyi bildirilir.
Azərbaycanın Ukraynadakı Səfirliyinin müşaviri Fərid Babayevin sözlərinə görə, artıq üç ildən çoxdur ki, Azərbaycan hökumətinin təşəbbüsü ilə müharibədən zərər çəkmiş ukraynalı uşaqlar qəbul edilir, onlara qayğı, istirahət, müalicə və mənəvi dəstək göstərilir. F. Babayev bildirib ki, bu müddət ərzində 300-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya kursu keçib.