Ukraynada mitinqlər keçiriləcək

Ukraynada mitinqlər keçiriləcək
24 İyl 2025 16:33

Ukraynanın onlarla şəhərində iyulun 24-də mitinqlər başlayacaq.

News365.az xəbər verir ki, bu barədə Ali Radanın fraksiyasız deputatı Artyom Dmitruk öz "Telegram" kanalında məlumat verib.

Məlumata görə, etiraz aksiyalarının Dnepr, Vinnitsa, Kiyev, Nikolayev, Lvov, Odessa, Xarkov, Poltava, Çerniqov, Çernovtsi və digər şəhərlərdə keçirilməsi planlaşdırılır.

Kiyevdə isə mitinqin Vladimir Zelenskinin prezident ofisinin yaxınlığında, Franko teatrının yanındakı parkda baş tutacağı bildirilib.

Qeyd olunub ki, Ukraynada silahlı münaqişə başlayandan bəri ilk dəfədir ki, kütləvi etiraz aksiyaları keçirilir. 


Sizin reklam burada
Sizin reklam burada