“Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə yetirməyə hazırdır”.
News365.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Ukrayna Könüllülər Koalisiyasının iclasının iştirakçılarına onlayn müraciətində bildirib.
Fidan Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini, qeyd-şərtsiz atəşkəsin təmin olunmasına dəstəyini və bu istiqamətdə göstərilən səyləri bəyan edib:
“Atəşkəs təmin olunarsa, Türkiyə ona əməl olunmasına nəzarət etmək üçün üzərinə düşən missiyanı yerinə yetirməyə hazırdır”.