Ukrayna-Rusiya danışıqları: Gözlənilən nəticələr hələ əldə olunmayıb

Ukrayna-Rusiya danışıqları: Gözlənilən nəticələr hələ əldə olunmayıb
14:29

Ukrayna ilə Rusiya arasındakı danışıqlarda tərəflər prosesin konstruktiv olduğunu göstərməyə çalışsalar da, həlledici mərhələdə hər iki tərəf güzəştə getmək istəmir.

Politoloq Zeynal Əmrəliyev News365.az-a açıqlamasında bildirib ki, Kiyev və Moskva əsasən ABŞ-ı razı salmaq məqsədilə açıqlamalar verirlər və bununla sülhə hazır olduqlarını nümayiş etdirməyə çalışırlar.


“Ancaq həqiqətdə, Ukrayna Donbassdan geri çəkilməyəcəyini bildirir, halbuki Rusiya bunun əsas şərt olduğunu deyir. Eyni zamanda Rusiya da Ukraynanın ərazi bütövlüyünü tanımaq niyyətində olmadığını açıq şəkildə bildirir. Burada əsas məsələ ABŞ-ın hər iki tərəfi güzəştə məcbur etməsi olmalı idi, lakin bu səylər nəticəsiz qalıb”, – politoloq vurğulayıb.

Zeynal Əmrəliyev əlavə edib ki, Əbu Dabidə keçirilən görüşlərdə prosesin müsbət istiqamətdə olduğu açıqlansa da, həlledici mərhələdə nəticələrin şahidi olunmur. Paralel olaraq, Rusiya rəhbərliyi danışıqlarda konkret mövqeyini gizlədir, rəsmi açıqlamalar vermir. Ukrayna tərəfi də əvvəlki mövqeyindən fərqli açıqlamalar verərək vəziyyəti mürəkkəbləşdirir.

Politoloq vurğulayıb ki, hazırkı danışıqlarda sözlər və bəyanatlar çox olsa da, real addımlar hələ görülməyib.


Sizin reklam burada
Sizin reklam burada