Ukrayna parada görə Paşinyana demarş elan etdi

Ukrayna parada görə Paşinyana demarş elan etdi
09:40

Ukrayna Xarici İşlər Nazirliyi mayın 9-da Moskvada keçirilən Qələbə Paradında qatılmış liderlərin ölkələrinə qarşı demarş elan edib. Ukrayna XİN bəyan edib ki, bu səfərin müharibə qurbanlarının xatirəsinə ehtiramla heç bir əlaqəsi yoxdur. Bununla bağlı məlumat ölkənin xarici siyasət idarəsinin saytında yerləşdirilib.


Bəyanatda bildirilir ki, Moskvada yüksək vəzifəli nümayəndələri iştirak edən bir sıra dövlətlərin diplomatik nümayəndəliklərinin akkreditə olunmuş rəhbərləri Xarici İşlər Nazirliyinə dəvət edilib.

"Onlara Ukrayna xalqının, anti-Hitler koalisiyasının digər xalqları və keçmiş SSRİ xalqları ilə birlikdə 80 il əvvəl nasizm üzərində qələbəyə mühüm töhfə verməsi qeyd edilib. Ukrayna Rusiyaya keçmişə dair tarix və xatirəni oğurlamağa, kollektiv qələbəni mənimsəməyə və ya Ukrayna xalqının buradakı rolunu azaltmağa imkan verməyəcək", - bəyanatda qeyd edilib.

Qeyd edək ki, parada qatılanlar arasında Ermənistanın baş naziri Nikol Paşinyan da olub.



Tural


Sizin reklam burada
Sizin reklam burada