Ukrayna kəşfiyyatının yeni rəhbəri məlum oldu

Ukrayna kəşfiyyatının yeni rəhbəri məlum oldu
21:00

Ukrayna Prezidenti Volodimir Zelenski Oleq İvaşşenkonun Baş Kəşfiyyat İdarəsinin yeni rəhbəri təyin olunduğunu elan edib.

News365.az xəbər verir ki, bu barədə dövlət başçısı "Telegram" kanalında açıqlama yayıb.

Məlumata görə, İvaşşenko general-leytenant hərbi rütbəsinə malikdir. 2017-ci ildən 2019-cu ilə qədər Baş Kəşfiyyat İdarəsinin rəisinin birinci müavini və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat üzrə müavini vəzifələrində çalışıb.

2024-cü ildə Ukrayna prezidenti İvaşşenkonu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin etmək barədə fərman imzalayıb. O, həmçinin Ali Baş Komandanın Qərargahının, Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür.


Sizin reklam burada
Sizin reklam burada