Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanın iştirakı mənasızdır - Kreml

Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanın iştirakı mənasızdır - Kreml
16:25

Rusiya tərəfi Avropanın Ukrayna məsələsi ilə bağlı sülh danışıqlarında iştirakını məqsədəuyğun hesab etmir.

News365.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.

O bildirib ki, Cenevrədə keçirilən danışıqlar prosesi işgüzar xarakter daşısa da, kifayət qədər çətindir: “Avropalılar mövcud əhval-ruhiyyəni nəzərə alsaq, real töhfə verə bilmirlər. Avropa diplomatiyasına rəhbərlik edən şəxsin bəyanatlarına diqqət yetirin. Belə yanaşma ilə necə faydalı ola bilərlər? Faktiki olaraq, heç cür”.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə qeyd edib ki, Avropa ölkələrinin nümayəndələri Cenevrədə Ukrayna üzrə aparılan danışıqlar zamanı daha çox qeyri-rəsmi mühitdə – soyunub-geyinmə otağında bir araya gələrək kofe içir və söhbətləşirlər.


Sizin reklam burada
Sizin reklam burada